Urbisid
Erməni vandalizmi
"Şəhəri öldürmək nə deməkdir? Bu, onun gücünü əlindən almaq, onun metafizik mahiyyətini, yaşamaq iradəsini, özünəməxsusluğunu boğmaq; (...) onun haqqında xatirələri silmək, onun keçmişini və bu gününü məhv etmək deməkdir".
Memar Boqdan Boqdanoviç
Ötən əsrin 60-cı illərində yaranmış "Urbisid" termini Latın dilindən "şəhərə qarşı zorakılıq" kimi tərcümə olunur.
Bu termin 1990-cı illərin əvvəllərində Sarayevo (Bosniya və Herseqovina) hadisələrindən sonra geniş şəkildə istifadə olunmağa başlandı. Burada müharibə və şəhərin 4 il mühasirədə qalması faciəvi nəticələrə gətirib çıxarmışdı.
"Şəhərin dağıdılması yaddaşın silinməsidir: şəhər buradakı abidələr, evlər, kitabxanalar, xəstəxanalar ilə birlikdə bütün bu tikililərin burada yaşayan insanlar üçün mənəvi dəyərini də itirir", – tədqiqatçı Custina Selvelli İkinci Dünya müharibəsi zamanı Leninqrad şəhərinin mühasirəsi və Bosniya müharibəsi zamanı Sarayevo şəhərinin mühasirəsinə həsr olunmuş tədqiqat işində belə yazırdı.
Bəşər tarixində bu cür hallara az rast gəlinməyib.
Bununla belə, əgər dağıdılmış Avropa şəhərlərinin taleyi bu və ya digər dərəcədə dünyaya məlumdur və bu faciələrin qurbanlarının xatirəsi yaddaşda qorunub saxlanılır və gələcək nəsillərə ötürülürsə, Azərbaycanın sonuncu daşına qədər dağıdılmış şəhərlərini yaxın vaxtlara qədər ölkənin hüdudlarından kənarda demək olar ki heç kim tanımırdı.
1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında başlayan Birinci Qarabağ müharibəsi və ondan sonrakı 30 il ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik yeddi rayonunun işğal altında saxlanılması nəticəsində onlarla kənd və şəhər xarabalığa çevrilmişdir.
Bir sıra şəhərlər sadəcə dağıdılmış və sonradan sonuncu daşına qədər sökülərək tikinti materialı kimi istifadə edilmişdir.
Saytımızda təqdim olunan fotoşəkillərdə ermənilər tərəfindən yerlə-yeksan edilmiş yüzlərlə yaşayış məntəqəsini görmək mümkündür. İşğalçılar nə yaşayış obyektlərinə, nə memarlıq abidələrinə, nə də qəbiristanlıqlara "rəhm etməyiblər".
Erməni işğalının Azərbaycan xalqına vurduğu zərəri uzun-uzadı təsvir etmək olar, lakin bu işğalın faciəvi nəticələrinin bariz nümunəsi sizin diqqətinizə çatdırdığımız foto-sübutlardır.