Urbisid
Cahangir xanın evi
Urbisid
Cahangir xanın evini əvvəlki görkəminə qaytaraq
Erməni işğalçıları son 30 ildə Qarabağda və ətraf rayonlarda misli görünməmiş vəhşiliklər törədiblər. Qarabağın mədəni irsini təşkil edən mədəniyyət obyektləri ermənilər tərəfindən xüsusi qəddarlıqla məhv edilib.
Erməni vəhşiliyinin qurbanına çevrilən abidələrdən biri də Cahangir xanın evidir. XIX əsrdə inşa olunan bu memarlıq abidəsi Şuşa şəhərinin ən gözəl abidələrindən biri hesab olunurdu.
Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər bu binada Şuşa rayon Polis Şöbəsi yerləşirdi.
Ermənilər şəhəri işğal edəndən sonra digər abidələrimiz kimi Cahangir xanın evini də dağıdaraq yararsız hala salıblar.
Təəssüf hissi ilə qeyd etməliyik ki, azad olunan ərazilərimizdə dağıntıların miqyası olduqca böyükdür. Düşmən daşı daş üstündə qoymayıb, tariximizi, mədəniyyətimizi, təbiətimizi məhv etməyə çalışıb. Buna görə də Vətən müharibəsində olduğu kimi həmrəylik göstərməli, bərpa və quruculuq işlərində hər birimiz yaxından iştirak etməli, bu xeyirxah missiyaya öz dəstəyimizi əsirgəməməliyik.
Son 30 ildə hər birimizin bir ümumi arzusu var idi – doğma Qarabağımızı azad etmək. Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra bu arzumuz gerçək oldu. Hazırda Qarabağ yeni mərhələyə - dirçəliş, inkişaf mərhələsinə qədəm qoyub. Bərpası nəzərdə tutulan abidə və tikililərin içində Cahangir xanın evinin də olacağı şübhə doğurmur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bərpa prosesinə öz töhfənizi verə bilərsiniz.
Elə indi bu mühüm missiya uğrunda birləşək. İanə edərək Cahangir xanın evini öz əvvəlki görkəminə qaytaraq.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, Qarabağımızı birlikdə dirçəldək!