Urbisid
Pirəhmədli
Urbisid
Ölkəmizə igid oğullar bəxş edən Pirəhmədli kəndi sakinlərini gözləyir
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Pirəhmədli kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin demək olar ki, hamısı erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Pirəhmədli kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Dağ yalında yerləşdiyinə görə keçmiş adı Yal Pirəhmədli olub.
Yaşayış məntəqəsi XIX əsrdə burada maskunlaşmış Pirəhmədli nəslinin adı ilə adlandırılıb.
Pirəhmədli kəndi öz adını məşhur türkman əmiri Pir Əhməddən alıb. Kənd Səfəvilər dövləti dönəmində Qarabağ əyalətinin Dizaq nahiyəsinə aid idi. Qarabağ xanlığına bağlı Xırdapara-Dizaq mahalının mərkəzi bir müddət Pirəhmədli şenliyi оlub. XVIII əsrdə mahalın naibi bu kənddə əyləşirdi. Sоnralar bu kəndə “Xanlıq Pirəhmədli” deyildi.
Azərbaycan xalqına igid оğullar bəxş etmiş Məliknamazəliyev sоyu bu kənddəndir.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub.
1993-ci ildə Pirəhmədli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni barbarlar kənddəki evlər və tikililərlə yanaşı qəbirləri də dağıdaraq yerlə yeksan ediblər.
2020-ci ilin 17 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Pirəhmədli sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Pirəhmədli kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.