Urbisid
Laçın Dövlət Yasaqlığı
Urbisid

İşğal dövründə talan edilən təbiət abidələrindən biri də Laçın Dövlət Yasaqlığıdır.
Laçın Dövlət Yasaqlığı rayon ərazisindəki məməliləri və quşları qorumaq məqsədilə 1961-ci ildə yaradılıb.
Ərazi əsasən vələs, cökə, ağcaqayın, palıd cinsli meşələrdən ibarətdir. Burada dünyada çox qiymətli olan qırmızı palıd ağacı (qızıl palıd) da var.
Heyvanlardan cüyür, qaya keçisi, çöl donuzu, porsuq, canavar, qonur ayı, quşlardan isə turac, kəklik, Qafqaz tetrası, alabaxta və s. məskunlaşıb.
30 ilədək davam edən işğal dövründə ərazinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan vurulub, meşələr qırılıb, təbii ekosistemlər məhv edilib və vəhşi heyvanlar öz yaşayış areallarını tamamilə itirib.
İşğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış İşçi qrupun fəaliyyəti çərçivəsində həmin ərazilərdə fauna və flora aləminin növ tərkibinin yenidən öyrənilməsi və təbiət abidələrinin invertarlaşdırılması istiqamətində monitorinq işləri aparılıb.